Yusif Bağırzadə AMİP sədrliyindən və partiyadan istefa verib

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib.
 
Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib.
 
Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.
 
Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir. 

Google+ WhatsApp ok.ru