Ziya Məmmədovun suçu nə?

«Yeni Müsavat» qəzeti yazır ki, noyabrda parlament seçkilərindən sonra ciddi struktur islahatlarına başlanacaq: «Köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə Nəqliyyat Nazirliyinin adının düşəcəyi deyilir. Amma niyə axı ölkənin ən qüdrətli naziri hakimiyyətin nəzərindən bu qədər düşsün? Son günlər ən aktual suallardan biri, bəlkə də birincisi budur: Ziya Məmmədovun suçu nə? 
 
Məlumata görə, bir neçə gəlirli sahəyə nəzarət etdiyindən Ziya Məmmədovun «maliyyə xəyanəti»ndə suçlanması ehtimalı başqalarından daha çoxdur». 
 
Qəzet onu da yazır ki, məlumata görə, nəqliyyat nazirinin yaxın ətrafına bağlı olan «Transgate» MMC faktiki şəhər nəqliyyatından uzaqlaşdırılıb. Şirkətə məxsus 11 marşrut xəttinin biri ləğv edilib, qalanları isə başqa daşıyıcılara verilib.

Google+ WhatsApp ok.ru