Ziya Məmmədovla qardaşı prezidentin Ucar səfərində görünmədi

Maide.az xəbər verir ki, "Bizim Yol" qəzeti İlham Əliyevin Göyçay-Ucar səfərində nəqliyyat naziri Ziya Məmmədovun və qardaşı, Ucar rayonundan deputat seçilmiş Elton Məmmədovun prezidenti müşayiət etməməsindən yazır:
 
«NəqliyyatNazirliyi bir müddət öncə nazirin məzuniyyətdə olduğu barədə açıqlama yaysa da, bilavasitə onun kurasiyasında olan avtomobil yolunun açılış mərasimində görünməməsi müzakirələrə yol açıb. Mətbuat bir müddətdir ki, Ziya Məmmədovun hakimiyyətdən «vurulacağına» dair xəbərlər yayır. Onun nəzarətində olan sahələrin başqa qurumların idarəçiliyinə verilməsi, nəzarət etdiyi biznes şəbəkəsinin çökdürülməsi də yayılan informasiyalar sırasındadır. Nazirin qardaşı Elton Məmmədov deputatlığa namizədliyini irəli sürməyib. Ötən ay prezidentin sərəncamı ilə «Azərbaycan Dəmiryolları» QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil quruma çevrilib. Deputat Elton Məmmədovsa mətbuata açıqlamasında heç bir qərəzli münasibətlə üzləşmədiklərini, prezidentin ətrafında sıx birləşdiklərini bəyan edib».

Google+ WhatsApp ok.ru