Çərəzlər 100 faiz bahalaşıb

Çərəzlər 100 faiz bahalaşıb

"Novoye Vremya" qəzetində "Bayram öncəsi artıq qiymət qalxmasının qarşısını almaq olmaz" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, Novruz bayramı yaxınlaşdıqca, ərzağın qiyməti artmağa başlayıb: "Bu, təkcə qiymət artımı deyil, bu, qiymətlərin əhalinin maliyyə imkanlarını artıq üstələməsi deməkdir".
 
Yazıda vurğulanır ki, keçən illə müqayisədə çərəzlərin qiyməti 100 faizə qədər qalxıb, sümüksüz ətin bir kiloqramı 14 manata yüksəlib.
 
Müəllifi hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar səmərəsizdir. Onun fikrincə, yarmarkalarda qiymətlər bazardan elə də fərqlənmir. Üstəlik, yarmarkalarda əksər məhsulların keyfiyyəti aşağı olur.
 
Yazıda mövzu ilə bağlı ekspertlərin fikirlərinə də yer verilib. Ekspertlərin hesablamalarına görə, bu il Novruz süfrəsi minimum 200 manata başa gələcək. /

Google+ WhatsApp ok.ru