Ölkəni içdən yeyən bəla

Ölkəni içdən yeyən bəla

«Exo» qəzetində «Korrupsiya Azərbaycanı içindən yeyir» sərlövhəli məqalə diqqət çəkir. Yazıda toxunulan mövzu ekspert Oqtay Haqverdiyevlə dəyərləndirilir:
 
«2016-cı ildə Azərbaycanda korrupsiyanın səviyyəsi azalmayıb. Bundan əlavə, 2017-ci ilə nikbin proqnozlar verməyə də əsas yoxdur. Vətəndaşlar bu problemlə mübarizədə ümidsizliyə qapılıblar. Azərbaycanda məmurların və dövlət qulluqçularının ölkə vətəndaşlarının maliyyə durumuna anlaşıqlıyanaşacaqlarını düşünmək yanlışlıq olar. Hələ ki, korrupsiyanın miqyası ölçüyəgəlməzdir. «ASAN Xidmət» istisna olmaqla, cinayətin bu növü bütün dövlət sahələrində aparıcıdır»,-deyə ekspert qəzetə bildirib.
 
O.Haqverdiyev deyib ki, dövlət səviyyəsində korrupsiyaya ilə ciddi mübarizə aparıldığını görmək olmur. Ekspert vurğulayıb ki, korrupsiya cinayətlərinə görə həbs edilənlər var. Amma bunlar kiçik fiqurlardır və ümumi situasiyada böyük rola malik deyildirlər: «100 manat rüşvət alanı həbs etməklə korrupsiya ilə mübarizə olmaz. Diqqəti dövlət müəssisələrində yüksək vəzifələr tutan iri cinayətkarlara yönəltmək lazımdır».
 
Ekspert qeyd edib ki, əhali hökumətdən ümidini üzüb. Elə bu səbəbə görə də korrupsiyaya ilə mübarizə qurumlarına çox adammüraciət etmir.
 
Ekspert 2017-ci ildə də bu sahədəmüsbət dəyişiklik gözləmir: «Təəssüf ki, bu gün nikbin proqnozlar verməyə əsas olan meyllər müşahidə olunmur. Anlamaq lazımdır ki, korrupsiya çürümə kimi ölkəni yeyir və ölkənin iqtisadi təhlükəsizliyinə ciddi zərbələr vurur». /

Google+ WhatsApp ok.ru