“BMW” şirkəti “Çin Google”na özünəməxsus pilotsuz avtomobil yaratmağa kömək edəcək 22 Sentyabr 2014 01:00 Elm, Təhsil “BMW” və “Baidu” şirkətləri 2017-ci ilədək birgə pilotsuz maşının prototipini yaradacaqlar. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, birgə layihə çərçivəsində şirkətlər Çinin nəqliyyat probleminin həlli üzərində düşünmək niyyətindədirlər, axtarış sistemi isə süni intellekt sahəsində təcrübəsindən istifadə edərək “BMW” avtomobilində internet-servislərini tətbiq edə bilər. Layihə nəqliyyat vasitələrinin avtomatik idarəetmə texnologiyalarının hazırlanmasını nəzərdə tutur. Çin axtarış sistemi pilotsuz avtomobillərin daxili kompüterlərinə yüklənəcək yüksəkölçülü xəritələrin hazırlanması ilə məşğul olacaq. Avtomobillər üçün müəyyən yol situasiyalarında müstəqil qərar qəbul etmək bacarığına malik olan elektron sistemlər yaradılacaq. “BMW”-nin planlarına əsasən, 2016-cı ilədək şirkət avtomobillərin pilotsuz idarəetmə sistemlərini yaradacaq. Daha dörd ildən sonra yolun müəyyən hissələrində müstəqil idarə ediləcək yüksək texnoloji prototip yaradılacaq. “BMW” 2025-ci ilədək tam robotlaşdırılmış maşın yaratmaq niyyətindədir. Teqlər : #BMW şirkəti Çin Googlena özünəməxsus pilotsuz avtomobil yaratmağa kömək edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ramanıda etiraz aksiyası (VİDEO) Facebook ödənişli olacaq?