Şəri-dini suallara cavablar - SUAL 20 13 Fevral 2017 02:00 Sual-Cavab Dəstəmaz alarkən naməhrəmə baxmaq dəstəmazı batil edirmi? Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: DƏSTƏMAZIN HÖKMLƏRİ SUAL 20: Dəstəmaz alarkən naməhrəmə baxmaq dəstəmazı batil edirmi? CAVAB: Bütün mərcəi-təqlidlərin fətvasına əsasən, naməhrəmə baxmaq haramdır, amma dəstəmazı batil etmir. (“İstiftaat”, İmam Xomeyni, 1-ci cild, sual 1; Bütün mərcəi-təqlidlərin dəftərxanasından alınan cavab.) Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi; Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! Teqlər : #Şəridini suallara cavablar SUAL 20, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəri-dini suallara cavablar - SUAL 19 Şəri-dini suallara cavablar - SUAL 21