Şəri-dini suallara cavablar - SUAL 36

Şəri-dini suallara cavablar - SUAL 36

Allah-Taalanın adı yazılmış boyunbağını asmağın hokum nədir?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

SUAL 36: Allah-Taalanın adı yazılmış boyunbağını asmağın hokum nədir?

CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi və Ayətullah Nuri Həmədani: Belə boyunbağını asmağın eybi yoxdur, amma dəstəmazsız bədənə toxundurmaq olmaz.

(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 152-153; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 320; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 319.)

Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi və Ayətullah Vəhid Xorasani: Ondan istifadə etməyin eybi yoxdur. Lakin vacib ehtiyata əsasən, “Allah” adına dəstəmazsız toxunmaq caiz deyil.

(“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 325; “Tozihul-məsail”, digər mərcəi-ətqlidlər, məsələ 319.)

QEYD: Allah-Taalanın adı yazılmış boyunbağıdan libas üzərindən dəstəmazsız istifadənin eybi yoxdur.

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

Google+ WhatsApp ok.ru