Şəri-dini suallara cavablar - SUAL 50

Şəri-dini suallara cavablar - SUAL 50

Bəzən damaqdan qan gəlir və ağız suyu ilə qarışır. Onu udduqda, oruc batil olurmu?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
ORUCUN HÖKMLƏRİ
 
SUAL 50: Bəzən damaqdan qan gəlir və ağız suyu ilə qarışır. Onu udduqda, oruc batil olurmu?
 
Ayətullah Təbrizi və Ayətullah Safi: Əgər damaq qanı ağız suyunda həll olarsa, vacib ehtiyata əsasən, udmasın və tüpürsün.
(“İstiftaat”, Ayətullah Təbrizi, sual 640 və Ayətullah Safinin dəftərxanasından sorğu.)
 
Ayətullah Nuri Həmədani: Ağız suyu ilə həll olarsa da, onu udmağa icazə yoxdur.
(“Təqliqat ələl-urvə”, Ayətullah Nuri Həmədani, 4-cü fəsil, məsələ 1.)
 
Digər mərcəi-təqlidlərin rəyi: Əgər damaq qanı ağız suyunda həll olarsa, onu udmaq orucu batil etmir.
(“Təqliqat ələl-urvə”, İmam Xomeyni, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi, 4-cü fəsil, məsələ 1; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 763; Ayətullah Vəhid Xorasani və Ayətullah Bəhcətin dəftərxanasından sorğu.)
 
 
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!

 

Google+ WhatsApp ok.ru