Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və üçüncü dəlil-5 07 Oktyabr 2020 19:48 Səfər Üçüncü dəlil: Ərbəin ziyarəti ənənəsi Bildiyimiz kimi, Səfər ayının 20-i və İmam Hüseynin (ə) qırxına dair ənənələrdən biri İmam Hüseynin (ə) “Ərbəin” ziyarətidir. İmam Həsən Əskəridən (ə) nəql edilən hədisdə deyilir: “Möminin nişanəsi beşdir: hər gecə-gündüz 51 rükət namaz qılmaq (17 rükət vacib, 34 rəkət nafilə namazı), (İmam Hüseynin (ə)) Ərbəin ziyarəti, sağ ələ üzük taxmaq, səcdəyə gedərkən alını torpağa qoymaq və namazda “Bismilləhir-Rəhmənir-Rəhim”i ucadan demək.” (“Misbahul-mutəhəccid”, səh.787 və “İqbal”, səh.589.) Həmçinin həmin gün üçün İmam Sadiqdən (ə) xüsusi bir ziyarətnamə - Ərbəin ziyarətnaməsi də nəql olunub. (“Yeni Məfatih”, “Ərbəin” ziyarəti, səh.393.) Uzaq keçmişdən günümüzədək şiələr fürsət tapdıqca, Ərbəin günü Kərbəla ziyarətinə gedir, böyük eşq və şövqlə, xalisanə İmam Hüseyni (ə) və Kərbəla şəhidlərini ziyarət edirlər. Bu son illərdə də sinəsi dağlı milyonlarla aşiq Ərbəin günü Kərbəlaya axışır və Kərbəla şəhidlərini ziyarət edir. İndi belə sual yaranır ki, niyə həmin gün belə bir ziyarət müstəhəb sayılır? Əllamə Məclisi “Zadul-Məad” kitabında yazır: “Cabir böyük səhabələrdən olduğu üçün bu işin təməlini qoydu və bu, İmam Hüseynin (ə) həmin günün ziyarətinin fəzilətinə dəlalət edə bilər. Baxmayaraq ki, bizə gizli qalan digər səbəblərin də olması mümkündür.” (“Zadul-Məad”, səh. 402.) Böyük alim və tanınmış tədqiqatçı Əbu Reyhan Biruni yazır: وَفِي الْعِشْرينَ رُدَّ رَأْسُ الْحُسَيْنِ عليه السلام إلى جُثَّتِهِ حَتَّى دُفِنَ مَعَ جُثَّتِهِ، وَ فيهِ زِيارَةُ الْأَرْبَعينَ “Səfər ayının 20-i İmam Hüseynin (ə) müqəddəs başı bədəninə qaytarılmış və onun kənarında dəfn edilmişdir. Elə həmin gün üçün də Ərbəin ziyarəti gəlmişdir.” (“Asarul-baqiyə”, səh.331.) Ərbəin ziyarəti, o Həzrətin mübarək başı bədəninə qovuşandan sonra Səfər ayının 20-də ənənəyə çevrildi və bilirik ki, o Həzrətin mübarək başı İmam Səccadın (ə) əli ilə Kərbəlaya gətirildi. Deməli, Ərbəin ziyarətinin bu qədər önəm daşıması yalnız Cabir ibn Abdullah Ənsarinin o Həzrəti həmin gündə ziyarətinə xatir deyil, həm də İmam Səccadın (ə) bu gündə şəhidlərin başlarını bədənlərinə qovuşdurması, İmam Səccad (ə) və karvan əhlinin Ərbəin günü o pak qəbri ziyarəti etdiyinə görə idi və bu əməl, şiənin önəmli nişanələrindən biri kimi, 51 rükət namaz və torpağa səcdənin kənarında qeyd edilmişdir. Bu səbəbdən, Əllamə Məclisi “Zadul-məad” əsərində yazır: “Məşhur nəzər, belə bir gündə o Həzrətin (ə) ziyarətinə təkidin səbəbi kimi İmam Zeynəlabidin (ə) və digər Əhli-beytlə (ə) həmin gün Şamdan qayıdarkən Kərbəlaya girmələri və şəhidlərin müqəddəs başlarını bədənlərinə qovuşdurmalarını göstərir.” (“Zadul-məad”, səh.402.) Hərçənd, o özü Əhli-beytin (ə) Səfər ayının 20-də Kərbəlaya gəlmələrini məqbul saymır, lakin sözlərindən Əllamə Məclisinin dönəmində bu fikrin məşhur olduğu anlaşılır. Yəni Ərbəin ziyarətinin əhəmiyyətinə səbəb İmam Zeynəlabidinin (ə) Kərbəla şəhidlərini ziyarəti və başları bədənlərinə qovuşdurması olmuşdur. Nəticədə cümə, on beş Şaban, Qədr gecələri, Fitr və Qurban bayramı və Ərəfə günlərinin özü-özlüyündə digər günlərdən üstün olmadığı kimi, Ərbəinin də öz-özlüyündə imtiyazı olmadığını nəzərə alsaq, İmam Hüseynin (ə) Ərbəinində onu özündən öncə və sonrakı günlərdən fərqləndirən xüsusi bir hadisə baş verməlidir. Bu isə İmam Səccadın (ə) karvanla yanaşı şəhidlərin başlarını bədənlərinə qovuşdurması və onların qəbirlərini ziyarətindən başqa bir hadisə deyildi. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh. 633-635.) Maide.az – Maarif bölümü Teqlər : #Əhlibeyt,#əsirlərinin,#ilk,#Ərbəində,#Kərbəlaya,#gəlişi,#və,#üçüncü,#dəlil5, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərbəinlə bağlı maraqlı ÇAĞIRIŞ 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO Səfər 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO 'Ərbəin' gününün əməlləri Ərbəin zəvvarları Nəcəf - Kərbəla yolunda -FOTO Məhəmməd ibn Əbi Bəkrin həyatı Ərbəinə 7 gün qaldı - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı Həzrət Rüqəyyənin (ə) şəhadəti Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri Ümmül-Bəninin yanıqlı nalələri Mədinədə əzadarlıq İmam Səccadın (ə) Mədinə darvazası önündəki xütbəsi Mədinəyə giriş Mədinəyə doğru Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlada əza məclisi 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO Ərbəinlə bağlı maraqlı ÇAĞIRIŞ 'Ərbəin' gününün əməlləri 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 20. Kərbəla əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişinin mümkünlüyü və birinci dəlil-3 19. Məsafə ölçüsü və uzun dayanacaqlar-2 18. Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlaya gəlişi və fərqli fikirlər-1 İmam Hüseyn (ə) Ərbəininin ahıl zəvvarları- FOTO 17. Şamdan hərəkət 16. İmam Səccadın (ə) üç istəyi Ərbəinə 10 gün qalır: Yollarda İmam Hüseyn (ə) bayraqları - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı 15. Yezid sarayının təməllərini lərzəyə gətirən xütbə-2 Ərbəinə 13 gün qalır: İraqın cənubundan İmam Hüseyn (ə) aşiqlərinin Kərbəla səmtinə yürüşü - FOTO 14. Yezidin sarayının təməllərini lərzəyə gətirən xütbə-1 13. Şamdan geri qalanlar Həzrət Rüqəyyənin (ə) şəhadəti 12. Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi 11. Kərbəla əsirləri Yezidin sarayında Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri 'Ərbəin' gününün əməlləri