Abituriyentlərin nəzərinə! 04 Sentyabr 2014 01:00 Elm, Təhsil Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-dan elan olunmuş ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatıb. İxtisas seçiminin nəticələrinin yaxın saatlarda elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatları TQDK-nın səhifəsindən əldə etmək mümkündür. Teqlər : #Abituriyentlərin nəzərinə!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru WhatsApp-da möhtəşəm yenilik Nəticələr açıqlandı