Amerikada  “Peyğəmbərin (s) həyat tərzi  və irsi” mövzusunda  konfrans keçiriləcək

Amerikada “Peyğəmbərin (s) həyat tərzi və irsi” mövzusunda konfrans keçiriləcək

Amerikanın İllinoys ştatının Addison şəhərində  “Peyğəmbərin (s) həyat tərzi  və irsi” mövzusunda  konfrans keçiriləcək. 
 
Maide.Az xəbər verir ki, konfrans Çikaqonun “Sound Vision İslami Təşkilatının dəstəyi ilə dekabrın  17-də  İslam Peyğəmbərinin (s) mövlud günündə keçiriləcək. 
Konfransa  müsəlmanlarla yanaşı  həmdə onların digər dinlərdən olan qonşuları və dostları da iştirak edəcək.
 
“Konfrans iştirakçılarına  İslam Peyğəmbərinin (s) kimliyi və O Həzrətin dünyada sülh, sabitlik və ədalətin yayılması üçün çalışmaları haqqında çıxışlar olunacaq”. 
 
Konfransda  bir sıra müsəlman alimlərlə yanaşı həmdə  Dünya Dinləri Parlamentinn sədri Larry Greenfield çıxış edəcək. 
 
Konfransda həmçinin  Peyğəmbərin (s) qorxmazlığı,  Peyğəmbərin (s) qonşuları,  Peyğəmbərin baxışında Həzrət İsa (ə)  və Həzrət Məryəm (ə), Peyğəmbərin (s) sülh hərakatı,  uşaqların Peyğəmbərlə (s) tanışlığı üçün ideyalar, Peyğəmbərin (s) həyatında sülh və müharibə,  Amerika müsəlmanlarının Peyğəmbərə (s) necə  tabe olması,  Məsihilərdə İslam Peyğəmbərinə (s) aşiq ola bilərmi? kimi mövzular haqqında çıxışlar və müzakirələr aparılacaq. 
 
Qeyd edək ki,  konfrans yerli radioların biri vasitəsi ilə canlı yayımlancaq. 
 
 
 

Google+ WhatsApp ok.ru