ATƏT PA-nın yeni prezidenti seçilib 02 İyul 2014 01:00 Siyasət ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının son günü quruma yeni prezident seçilib. Maide.az-ın məlumatına görə, səsvermə nəticəsində bu vəzifəyə Finlandiya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva layiq görülüb. İ. Kanerva ona göstərilən etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib. Xatırladaq ki, İ.Kanerva bu vaxta qədər ATƏT PA-nın vitse prezidenti postunda çalışıb. Qeyd edək ki, səsvermə 140 bəndlik Bakı bəyannaməsinin səs çoxluğu ilə qəbulundan sonra keçirilib. Teqlər : #ATƏT PAnın yeni prezidenti seçilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İlham Əliyev və Serj Sarkisyanın görüşü Parisdə baş tuta bilər ATƏT PA-nın vitse-prezidentinin Bakıda qolu sınıb - FOTO
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video