ATƏT PA-nın vitse-prezidentinin Bakıda qolu sınıb - FOTO 02 İyul 2014 01:00 Siyasət Bakıda keçirilən ATƏT PA-nın 23-cü yay sessiyası zamanı xoşagəlməz hadisə baş verib. İki gün öncə axşam saatlarında tədbir sona çatdıqdan sonra paytaxt Bakını gəzməyə çıxan İsveçdən olan ATƏT PA-nın vitse-prezidenti xanım Valburq Habsburq Duqlas qolunu sındırıb. Bu gün səhər saatlarında gender məsələləri ilə bağlı çıxış etməli olan xanım deputatın tədbirdə iştirak etməyəcəyi deyilib. Amma qolu sarıqlı olan xanım V.H. Duqlas tribunaya çıxaraq təqdimat etməyi bacarıb. Xatırladaq ki, iyunun 28-də başlanan ATƏT PA-nın 23-cü yay sessiyası bu gün - iyulun 2-də bitib. /Axar.az Teqlər : #ATƏT PAnın vitseprezidentinin Bakıda qolu sınıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ATƏT PA-nın yeni prezidenti seçilib Elmar Məmmədyarov Çində Qarabağdan danışıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video