Ayətullah Xamenei başsağlığı verdi 26 Noyabr 2016 02:00 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İraqda onlarla Seyidüş-şühəda (ə) zəvvarının şəhadəti və çox sayda İmam Rza (ə) zəvvarı və sərnişinin İranda baş vermiş dəmir yolu qəzasında həyatını itirməsi münasibəti ilə başsağlığı verib. Maide.Az xəbər verir ki, başsağlığı mesajında bildirilir: “İraqda baş vermiş acı hadisədə həzrət Seyidüş-şühədanın (ə) iranlı və qeyri-iranlı zəvvarlarının şəhid olması və iki qatarın toqquşması nəticəsində sərnişinlərdən və İmam Rza (ə) zəvvarlarından bir qisminin həyatını itirməsi və yaralanması xəbəri məni də digər həmvətənlərim və hadisə qurbanlarının ailələri kimi əzadar etdi. Birinci hadisədə cinayətkar təkfirçi terrorçu qruplar Böyük Ərbəin yürüşü və bu yürüşün misilsiz təhlükəsizliyinin təmini onların çirkli planlarını pozduğu və gözlərini kor etdiyi üçün dəhşətli və qorxaqcasına bir intiqama əl atdılar. Onlar bir daha öz xəbis simalarını və pis kimliklərini hamıya göstərdilər. Dünyanın digər bölgələrindən o cümlədən Nigeriya, Pakistan və Əfqanıstandan da onların silahdaşlarının acı cinayətləri ilə bağlı xəbərlər eşidilir. Və bir daha bütün müsəlmanlara və ürəyi yanan insanlara təkfirçi cərəyanların və onları dəstəkləyən dövlətlərin təhlükəsi ilə bağlı xəbərdarlıq edir. İkinci hadisədə də iş başında olanların laqeydliyi və günahı ailələri əzadar etdi və əziz vətəndaşlarımızdan bir qrupunun həyatını itirməsinə və yaralanmasına səbəb oldu. Mən Allahdan rəhmətə gedənlər üçün bağışlanmaq və yaralananlar üçün şəfa diləyirəm. Onların ailələrinə başsağlığı deyirəm. Məsul şəxslərdən və aidiyyatı qurumlardan (həm ölkənin daxilində və həmdə ölkədən kənar) istəyirəm ki, bu ağrılı hadisələrin üzərindən asanlıqla keçməsinlər. Bu müsibətlərin və xalqın buna oxşar digər problemlərinin aradan qaldırılmasını özləri üçün proritet qərar versinlər. Hər kəsin hazırda öncəliyi hər iki hadisə qurbanlarının, yaralıları və həlak olanları yerbəyer etmək, onları müalicəsi ilə məşğul olmaq və hər iki hadisə qurbanlarının ailələrinin çətinliyini aradan qaldırmağa çalışmaq olmalıdır." Teqlər : #Ayətullah Xamenei başsağlığı verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər Ayətullah Musəvi Ərdəbilinin vəfatı ilə əlaqədar başsağlığı verdi Ayətullah Xamenei İmam Rza (ə) haqqında - VİDEO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB