Ayətullah Xameneinin `Şəri Suallara Cavablar` kitabı Gürcüstanda çap olunub 31 Dekabr 2016 02:00 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin “Şəri Suallara Cavablar” (İstiftaat) risaləsi Gürcüstanda çap olunub. Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi “Fiqh Risaləsi” adı ilə Gürcüstanda Azərbaycan dilinə tərcümə və nəşr edilib. Kitab İranın Gürcüstandakı Mədəniyyət Mərkəzi, Gürcüstanın "Darul-Hikmət" və "Gürcüstan Müsəlmanlarının İşləri İdarəsi"nin dəstəyi ilə tərcümə və çap olunub. 240 səhifədə nəşr edilən kitabın müqəddiməsində müsəlmanların öz şəri vəzifələrini öyrənmələrinin zərurəti barədə danışılıb, şəri hökmlərin İslami mənbələrdən təqlid mərcələri tərəfindən çıxarılmasının elmi və dini dəyəri vurğulanıb və bütün müsəlmanlara müctəhidlərin şəri risalələrindəki hökmlərə əməl edilməsinin vacibliyi qeyd edilib. Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi ilk dəfədir ki, Gürcüstanda çap olunub. (iqna) Teqlər : #Ayətullah Xameneinin `Şəri Suallara Cavablar` kitabı Gürcüstanda çap olunub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslam Respublikasına qarşı bütün düşmənçiliklərin kökündə, İranın hegemon sistemlərə qarşı çıxması dayanır - FOTO Ali Rəhbərin elmdə fərqlənən gənclərlə görüşü - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB