Ayətulah Xamenei Şərqi və Qərbi Azərbaycanda daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib 15 Aprel 2017 01:00 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Kürdüstan əyalətlərində güclü yağış səbəbindən baş vermiş sel və daşqınlar nəticəsində onlarla insan həlak olması münasibətilə başsağlığı verib. Maide.Az xəbər verir ki, Ayətullah Xamenei İranın aidiyyatı qurumlar və məsul şəxslərdən təcili olaraq təbii fəlakətdən ziyan görmüş insanlara yardım göstərilməsini istəyib. Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Allahın Adı ilə Şərqi Azərbaycan, Qərbi Azərbaycan,Kürdistan və Ərdəbil əyalətlərində baş vermiş sel nəticəsində əziz vətəndaşlarımızdan bir qismi həyatını itirib. Çoxli maddi ziyanlar dəyib. Ağrılı və faciəli bir hadisədir. Mən kədərlənərək bu faciə qurbanlarının ailələrinə başsağlığı verirəm və onların dərdinə şərikəm. Allahdan onlar üçün səbir və qəlblərinin sakinliyini, hadisə qurbanlarına Allahdan rəhmət və bağışlanmaq diləyirəm. Bütün aidiyyatı qurumların məsul şəxslərindən istəyirəm ki, təcili olraq hadisədən ziyan görmüş insanlara yardım etsinlər və onların ağrı və acılarını azaltsınlar. Aidiyyatı qurum rəhbərləri öz borclarını yerinə yetirməkdə heç gecikmə və səhlənkarlıq etməsin. Ümid edirəm Allah öz lütf və yardımını hadisə qurbanlarına və onlara yardım göstərənlərə edəcəkdir. " Teqlər : #Ayətulah Xamenei Şərqi və Qərbi Azərbaycanda daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Novruz bayramı ilə əlaqədar Ayətullah Xameneinin xalqa müraciəti – “müqavimət iqtisadiyyatı, istehsal və məşğulluq ili” Ayətullah Xamenei Ordu komandirləri və şəxsi heyəti ilə görüşüb - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB