Ayətullah Xamenei 1000-dən çox məhbusu əfv etdi 24 Noyabr 2018 11:30 İslam lideri İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ərəfəsində Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 1086 nəfərin əfv olunması barədə fərman imzalayıb. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Böyük İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1086 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. Qeyd edək ki, noyabr ayının 25-i İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür. Teqlər : #Ayətullah,#Xamenei,#1000dən,#çox,#məhbusu,#əfv,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vəhdət İslam dünyasının önəmli ehtiyacıdır - Ayətullah Xamenei - VİDEO Ayətullah Xamenei: Yəmən xalqı və Ənsarullah mütləq qələbə qazanacaq - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB