Ayətullah Xamenei başsağlığı verib 16 Yanvar 2019 12:22 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İran Silahlı Qüvvələrinin işçilərini daşıyan yük təyyarəsinin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həyatını itərən şəxslərin ailələrinə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! İran Silahlı Qüvvələrinin Hərbi Hava Qoşunlarının ölkəyə xidmət edən işçilərini daşıyan təyyarənin qəzası və o əzizlərin həyatını itirməsinə dair acı xəbəri dərin kədər hissi ilə aldıq. Bu münasibətlə Ordu və Hərbi Hava Qüvvələrə, eləcə də həyatını itirən şəxslərin yaxınlarına başsağlığı deyirəm. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm! Aidiyyatı qurumlar bu ağrılı hadisəni araşdırmaqla ehtimal olunan səhvlər, boşluqlar və zəiflikləri tapmalı və həll etməlidir." Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: ‘ABŞ-ın bütün proqnozları boşa çıxır’ İslami təbliğat elə olmalıdır ki, gənclərin özü təbliğatçıya çevrilsin - Ayətullah Xamenei - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB