Ayətullah Xamenei 50 min məhkumun əfv olunması ilə bağlı göstəriş verib 04 Fevral 2019 15:13 İslam lideri İslam İnqilabının 40-cı ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında 50 min məhbus əfv olunacaq. Maide.Az “IRINN” saytına istinadən xəbər veri rki, bunu İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani deyib. O bildirib ki, Ali Rəhbərin sərəncamı ilə bu məhbusların böyük əksəriyyəti zindandan azad olacaq. Digər hissəsinin isə çəkilməmiş cəzası azaldılacaq. Qeyd edək ki, fevral ayının 1-i Tehranda İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, Xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb. İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən (1 fevral) inqilabının qələbə çaldığı 22 Bəhmənə (11 fevral) qədər İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır. Hər il bu münasibətlə “Fəcr ongünlüyü” bayram şənlikləri İranla yanaşı dünyanın müxtəlif ölkələrində təntənəli qeyd olunur. Teqlər : #Ayətullah,#Xamenei,#min,#məhkumun,#əfv,#olunması,#ilə,#bağlı,#göstəriş,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei başsağlığı verib Ayətullah Xameneinin iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə matəm mərasimi - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB