Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei rəbbani alim və fəqih Ayətullah Məhəmməd Möminin vəfatı münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Rəbbani alim, fəqih və təqvalı alim alim  Ayətullah Hacı Şeyx Məhəmməd Mömin Qumminin vəfatı xəbərini dərin hüzn və kədərlə aldım. Bu Qum Elmi Dini Hövzəsi üçün böyük itgidir. Bu dəyərli alim elmli həmdə ixlaslı və təqvalı tələbələr yetişdirib, İslam və İnqilaba sadiq olub və hərtərəfli bir şəxsiyyət olub. Onun mübarizəsi İslam İnqilabından öncə başlayıb, onun  İnqilaba xidməti ötən 40 il ərzində davamlı olub. Nəzarət Şurasında önəmli vəzifədə çalışıb Bu dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə,  sevənlərinə , Qum dini elmi hövzəyə başsağlığı deyirəm.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
 

Google+ WhatsApp ok.ru