Ayətullah Xameneidən MÜHÜM MESAJLAR 15 Noyabr 2019 15:28 İslam lideri “İslam dünyasındakı problemlərin əsas səbəbi müsəlmanların birliyinin zəif olmasıdır.” Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Seyid Əli Xamenei Həzrət Məhəmməd a (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə keçirilən bu günki görüşdə deyib. Çıxışında Fələstin məsələsinə toxunan Ayətullah Xamenei qeyd edib ki, İranın “İsrailin məhvi” ilə bağlı səsləndirdiyi fikiri düşmənlər yanlış təqdim etməyə çalışır. “Bu yəhudi xalqının məhv olması anlamında deyil Bizim ölkəmizdə də yəhudilər tam təhlükəsiz yaşayırlar. Hədəf saxta sionist rejiminin aradan getməsi və Fələstinin əsl sahibləri olan müsəlmanlar, məsihi və yəhudilərin seçdiyi bir hökumətin qurulmasıdır. Bu gec-tez baş verəcək.” ABŞ və digər Qərb ölkələrinin əsas hədəfinin İslam olduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki, dinimizin mahiyyəti zülmə, hegemonluğa və müstəmləməçiliyə qarşıdır. “Onlar İslamın özü və bütün müsəlman ölkələrinə qarşıdırlar. Düşmənçiliyin yalnız İslam Respublikası ilə olduğunu düşünmək yalnışdır. ABŞ rəsmiləri Səudiyyə Ərəbistanı təhqir edir puldan başqa heç bir şeyinin olmamadığını deyir. Bunun anlamı budur ki, gedib həmin yerləri qarət etmək lazımdır.Bu bir ölkə və xalq ilə düşmənçiliyin aşkar formasıdır. ” Ayətullah Xamenei nüvə enerjisi məsələsinə də toxunub və bildirib ki, sülhməqsədli nüvə enerjisi bütün xalqların ehtiyacıdır. “Lakin Qərb ölkələrindəki inhisarçılar bu enerjini yalnız özlərində saxlamaq, xalqlara damcı-damcı verərək onların müstəqillik və şərəflərini almaq istəyirlər.” Ayətullah Xamenei İslam dünyası alimləri və ziyalılarına da səslənib. “Haqqı tam gücünüzlə müdafiə edin, düşməndən qorxmayın və bilin ki, İslam dünyası Allahın yardımı ilə yaxın zamanda öz parlaq arzularına çatacaq.” Teqlər : #Ayətullah,#Xameneidən,#MÜHÜM,#MESAJLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər İslami Vəhdət Konfransında iştirak edən qonaqlarla görüşüb - FOTO Ayətullah Xamenei: Benzindəki bahalaşma digər məhsulların qiymətlərinin artmasına səbəb olmamalıdır
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB