Ayətullah Xamenei: ‘Hindistan hökuməti müsəlmanların qətliamını dayandırmalıdır’ 06 Mart 2020 09:59 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei məzlum Hindistan müsəlmanlarının qətliamını qınayıb. Maide.Az xəbər verir ki, Ayətullah Xamenei cənablarının Əsərləri Qoruma və Nəşriyyat İdarəsinin İnformasiya Mərkəzinin internet səhifəsində yayımlanan bəyanatda bildirilir: “Hindistandakı müsəlmanların qətliamı səbəbi ilə dünya müsəlmanlarının qəlbləri yaralarla doludur. Hindistan hökuməti ekstremist hindlilərə və onları dəstəkləyən partiyalara qarşı çıxmalıdır. Mmüsəlmanların öldürülməsini dayandırmaqla özünü İslam dünyasından təcrid etməkdən çəkinməlidir”. Qeyd edək ki, Hindistan vətəndaşlığı qanununa düzəliş 2019-cu il dekabrın 11-də qəbul olunub. Bu qanuna görə, 2015-ci ildən öncə mötəbər sənədləri olmadan Banqladeş, Əfqanıstan və Pakistandan bu ölkəyə daxil olmuş miqrantlar Hindistan vətəndaşlığını ala bilərlər, amma bu qanun müsəlmanlara şamil olmur. Belə bir halda, bəzi ekstremist dəstələr Yeni-Dehlinin şimal-şərqində məscidləri dağıdıb və müsəlmanlar yaşayan məhəllə və qəsəbələrdə evlərə benzin bombaları hücumlar ediblər. Hindistan rəsmiləri tərəfindən elan olunmuş statistikalara görə, ötən bir həftə ərzindəki toqquşmalarda 46 nəfər ölüb, 300-dən çox insan da yaralanıb. Teqlər : #Ayətullah,#Xamenei:,#‘Hindistan,#hökuməti,#müsəlmanların,#qətliamını,#dayandırmalıdır’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei `Təbiət Həftəsi` münasibətilə ağac əkib - FOTO Rəcəb ayının ‘ağ günlər’ində etikaf saxlaya bilməyənlərə Ayətullah Xameneidən tövsiyə
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB