Ayətullah Xamenei başsağlığı verib 12 May 2020 19:15 İslam lideri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Konarak hərbi dəniz gəmisində baş vermiş hadisədə Hərbi Dəniz Qüvvələrinin bir qrup üzvinin şəhid olması münasibətilə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! İran Silahlı Qüvvələrinin baş komandanı general-mayor Musəvi cənablarına Silahı Qüvvələrin HDQ-sinin bir qrup üzvinin Konarak gəmisində baş vermiş ağrılı hadisədə şəhid olması xəbəri mənim üçün çox acı və təssüfedici idi. Baxmayaraq ki, onlar ağır və fəxr edici bir xidmət yerinə yetirdikləri zaman həyatlarını itiriblər və ilahi savab və əcrlərini alacaqlar inşallah. Lakin bu əzizlərin həyatını itirməsi həm ailələri üçün kədər, və həmdə çalışqan və səmimi gənclərin itirilməsi Hərbi Dəniz Qüvvələri üçün böyük və ağır itgidir. Bu kədərli hadisəni ailələrinə başsağılığı verir, Allahdan onlar üçün səbr və yaralananlar üçün şifa diləyirəm. Aidiyyatı qrum rəsmilərindən istəyirəm ki, hadisənin təfərrüatını düzgün araşdırsın və ehtimal olunan təqsirkarları müəyənləşdirərək lazimi tədbirləri görsünlər ki, bir daha belə ziyanverici və acı hadisələr baş verməsin.” Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qərb idarəetmə, sosial fəlsəfə və əxlaq sahələrində məğlub oldu Ayətullah Xamenei: ABŞ terrorçuları dəstəkləyir, İraq və Suriyadan qovulacaq
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB