Ayətullah Xamenei: ABŞ-ın rəzil hakimlərinin hay-küyü fikirləri bunlandırmasın - YENİLƏNİB- FOTO

Ayətullah Xamenei: ABŞ-ın rəzil hakimlərinin hay-küyü fikirləri bunlandırmasın - YENİLƏNİB- FOTO

(Ayətullah Xameneinin çıxışı əlavə olunub) 
 
Xəbər verdiyimi kimi , Ali Baş Komandan Ayətullah Xamenei ötən gün (bazar ertəsi) səhər İmam Əli (ə) adına Hərbi Akademiyada təşkil edilən Silahlı Qüvvələrin ali hərbi məktəblərinin müştərək buraxılış mərasiminə videokonfrans formatında qoşuldu. 
 
O qeyd etdi ki, milli kimlik və iqtidarın qorunması, milli maraqların təmin edilməsi müdafiə gücü, iqtisadi dayanıqlıq və səbat, mədəni güc və qüdrətlə bağlı məsələlərdə təhdid və potensialların düzgün və rasional hesabalnması ilə şərtlənir: “Əhalinin iqtisadi və məişət problemləri məsul şəxslərin gecə-gündüz bilmədən çalışması, güclü, əhatəli və yorulmaz idarəetmə, daxili istehsal üzərində təmərküzləşmə, ölkə xaricinə göz dikməmək şərtilə həll oluna bilər. ABŞ-a hakim kəsilmiş rəzil insanların hay-küyləri heç kəsin fikrini bulandırmamalıdır”.
 
 Ayətullah Xamenei Silahlı Qüvvələrin ali hərbi məktəblərinin buraxılış mərasimlərinin bir yerdə təşkil edilməsinin təcrübələrdən qarşılıqlı istifadə və qarşılıqlı əməkdaşlıq üçün bir fürsət olduğunu dedi: “Silahlı Qüvvələrin ali hərbi məktəblərində təhsil alan gənclər ölkənin çox yüksək bir dəyəri və həyat əhəmiyyətli bir faktoru kimi, əslində, təhlükəsizliyin təminatçısı və qoruyucusudurlar”.
 
Ali Baş Komandan Silahlı Qüvvələrin xalqa göstərdiyi müxtəlif xidmətlərə, o cümlədən Gülüstanda baş vermiş sel, Sərpole-Zəhabda baş vermiş zəlzələ kimi təbii hadisələr, mövcud korona pnademiyası şəraitində gigiyena və müalicə sahələrində, birlik tədbirləri və mömincəsinə göstərilən köməklər zamanı edilən köməklərə işarə edərək dedi: “İran İslam Respublikasının Silahlı Qüvvələri, həqiqətən, abırlı və şərəfli qüvvələrdir”.
 
Ali Rəhbər bildirdi ki, müdafiə gücü, iqtisadi dayanıqlıq və səbat, mədəni güc və qüdrət milli iqtidarın sütunlarıdır: “İran İslam Respublikasında iqtidarın əsası rasional bir əsasdır. O, müdafiə gücünün miqyası, silahlı qüvvələr arasında iş bölgüsünün keyfiyyəti və müdafiə vasitələrinin növlərinin təyin edilməsi kontekstində düzgün və məntiqli hesablamalara əsaslanır”.
 
Ayətullah Xamenei əlavə etdi: “Milli maraqları təmin etmək, milli mövcudluğu və milli kimliyi qorumaq üçün ölkənin təhdidləri, habelə real imkan və potensiallarının real ölçüsü ilə bağlı dəqiq və məntiqli hesablamalar olmalıdır”.
 
O vurğuladı: “Bu cür məntiqli və rasional hesablamaya əsaslanan müdafiə gücü məsul şəxslərin və xalqın əminlik və arxayınlıqla əsaslı işlərlə məşğul olmasına səbəb olur”.
 
İslam İnqilabının Rəhbəri rasionallıq deyilərkən düzgün hesablamanın nəzərdə tutulduğunu dedi: “Bəziləri ağıl və rasionallıq sözünü gündəmə gətirsələr də, fikirlərində qorxu, passivlik və düşmənlə mübarizədən qaçmağı nəzərdə tuturlar. Halbuki qaçmaq və qorxmaq rasionallıq deyil”.
 
Həzrət Ayətullah Xamenei vurğuladı: “Qorxaqların rasilonallıqdan danışmağa haqları yoxdur. Çünki rasionallığın mənası düzgün hesablama aparmaqdır. Əlbəttə, düşmən rasionallğı səhv təqdim və təqlin etməyə çalışır. Bəziləri də bilmədən ölkə daxilində düşmənin sözlərini təkrar edirlər”.
 
O qeyd etdi ki, ABŞ-ın boşboğaz rəzillərinin İranın müdafiə, raket və regional imkanları ilə bağlı hay-küylərinin səbəbi İslam Respublikasının bu imkanlara nail olmaq üçün apardığı dəqiq və rasional hesablamalardır: “Bu boşboğazlıqlar onların qorxularından, habelə bu sahədəki geriliklərindən qaynaqlanır. Bu dezinformasiyalara əhəmiyyət vermədən rasional hesablama orqanını qorumaq lazımdır. Allahın lütfü ilə İslam Respublikası bütün bu sahələrdə yenə də irəliləyəcək”.
 
İslam İnqilabının Rəhbəri bildirdi ki, rasionallıq bütün işlərin şərtidir: “Zülmə qarşı mübarizə, ədalət tələbi və sosial mübarizələr də rasionallığa əsaslanmalıdır. Qeyri-əsas işlərlə məşğul olmamalı, əsasla qeyri-əsası səhv salmamalıyıq”.
 
 Ayətullah Xamenei milli iqtidarın digər sütunu olan mədəni məsələlərdən də söz açaraq dedi: “Mədəni hücümlarla mübarizə məsələsi günədəmə gətirildikdə düşmən təşviş içərisində öz təbliğatını bu məsələ ilə mübarizə istiqamətinə yönəltdi. Çünki xalqın ayılmasından və mədəni hücuma qarşı aparılacaq mübarizədən qorxur”.
 
O, milli iqtidarın üçüncü sütunu kimi iqtisadi dayanıqlıq və səbata işarə edərək dedi: “Ölkə iqtisadiyyatı təzyiqə məruz qalıb. Əhalinin məişət problemləri var. Ancaq bu problemlərin hamısı həll olunandır”.
 
Ali Rəhbər  əlavə etdi: “Mən məsul şəxslərin iqtisadi məsələlər sahəsində səy göstərmədiyini düşünmürəm. Bəzi sahələrdə böyük və yaxşı fəaliyyətlər göstərilmişdir. Baxmayaraq ki, bəzi iqtisadi sahələrdə idarəetmə gücü zəifdir. Yeri gəlmişkən, həyata keçirilməsi zəruri olan yaxşı qərarlar da mövcuddur”.
 
Ayətullah Xamenei dedi ki, milli iqtidarın qorunması müdafiə, iqtisadi və mədəni məsələlərə əhatəli və düzgün baxış, güclü, fəal və yorulmaz idarəçilərin mövcudluğundan asılıdır: “Yorulmaz, fəal və işgüzar müdirlərin olduğu istənilən sahədə işlər yaxşı nəticə vermişdir”.
 
 
Ali Rəhbər dedi: “Dəfələrlə deyilib ki, iqtisadi problemlərin həlli istehsal, milli valyuta dəyərinin fasiləsiz enişinin qarşısının alınması, qaçaqmalçılıq, sistemsiz idxalat və maliyyə cinayətlərinin qarşısının alınması üzərində mərkəzləşməklə şərtlənir”.
 
Ayətullah Xamenei yaxşı müdirlərin iştirakı, yorulmaq bilmədən gecə-gündüz səy göstərilməsinin zəruriliyinə işarə edərək dedi: “Biz iqtisadi problemlər məsələsində amerikalıların mənfur rolunu, həqiqətən, cinayət olan sanksiyalarının rolunu diqqətdən qaçırmırıq. Müqavimət və dirənişə davam edirik. Nəhayət, Allahın lütfü ilə ABŞ-ın maksimum təzyiqini maksimum nəticəsizliyə düçar edəcək və onları peşman edəcəyik”.
 
O, ABŞ prezidentinin ölkə iqtisadiyyatında yaranmış problmelər və İran xalqına qarşı törədilən cinayətdən məmnunluq hissi keçirməsinə işarə edərək dedi: “Belə bir cinayətlə fəxr etmək yalnız sizin kimi rəzil adamlar üçün səciyyəvidir”.
 
Ali Rəhbər əlavə etdi: “ABŞ-ın bu günkü vəziyyəti milyardlarla dollar büdcə kəsri, on milyonlarla ac və yoxsulluq həddindən aşağı insan sayı ilə çox pisdir. İran xalqı Allahın köməkliyi, imanının gücü, milli əzmkarlığı ilə ABŞ-ın rəzil, xain və cinayətkar rəhbərlərinin acığına problemlərə qalib gələcək, sanksiyalardan bir vasitə kimi ölkə iqtisadiyyatını, həqiqətən, gücləndirməkdən ötürü istifadə edəcək”.
 
Ayətullah Xamenei yenidən vurğuladı ki, ölkə problemlərinin əlacı ölkənin öz daxilindədir: “Baxmayaraq ki, problemlərimizin çoxu ölkənin xarici ilə bağlıdır. Lakin onların əlacı daxildədir, düzgün hesablama, ölkə və regionla bağlı məsələlərə düzgün baxış, tədbir, səy, ağıl və əzmkarlıqla buna nail olmaq olar. Buna görə də çarəni ölkə xaricində axtarmaq olmaz. Çünki bizə xaricdən heç bir xeyir və fayda yoxdur. ABŞ əhalisinə hakim kəsilmiş alçaq insanların hay-küyləri də heç kəsin fikrini bulandırmamalıdır”.
 
Ali Baş Komandanın Silahlı Qüvvələrin ali hərbi məktəblərinin birlikdə təşkil etdikləri buraxılış mərasimindəki çıxışının digər hissəsi bu universitetlərin tələbələri və rəhbərlərinə ünvanlanmış tövsiyələri əhatə etdi.
 
Ayətullah Xamenei təhdidlərdə baş verən dəyişikliyə işarə edərək onlara qarşı mübarizənin də yeni proqramlara ehtiyac duyduğunu dedi: “Silahlı Qüvvələrin ali hərbi məktəblərinin tədqiqatlarında yeni təhdidlərin proqnozları, onlarla mübarizə yollarının tanınması ciddi şəkildə diqqət mərkəzində olmalıdır”.
 
Silahlı Qüvvələrin Müqəddəs Müdafiə dövründəki təcrübələrinin qiymətli bir sərmayə olduğunu deyən Ali Baş Komandan həmin təcrübələrin müdafiə nəzəriyyələri, onların genişləndirilməsi və təkmilləşdirilməsinə əsasən, dəyişdirilməsinin zəruriliyini vurğulayaraq hərbi akademiyalarda əxlaqi tərbiyəyə xüsusi diqqət ayrılmasının zəruriliyini tövsiyə etdi: “Əlbəttə, bu tövsiyə ölkənin bütün gənclərinə, xüsusilə inqilabçı qüvvələrə aiddir. Onlar ixlas və cihadı fəaliyyətlərinin sərlövhəsi etməli, üzərilərinə düşən vəzifələri yerinə yetirərkən yuxarılara göz dikməməli və dünya malında gözləri olmamalıdır”.
 
Ali Rəhbər çıxışının sonunda bir daha səhiyyə və müalicə sahəsinin məsul şəxslərinə, fədakar həkim və tibb bacılarına təşəkkür edərək üçüncü korona dalğasının tələfatlarının çox ürək ağrıdan olduğunu dedi: “Bir müddət əvvəl möhtərəm prezident və məsul şəxslərə pandemiya ilə mübarizə üçün norma və standartın hakimiyyət tərəfəindən təyin edilməsi və məcburi olmasının zəruriliyini dedim”.
 
O dedi: “Ərbəin səfəri məsələsində də dindar insanlar sərhədlərə axışmadılar, məhərrəm mərasimlərində də Milli Qərargahın qaydalarına riayət etdilər. Bu xəstəlikdən xilas olmağımız üçün insanlar səfərlərə çıxmamaq, protokollara riayət edilməsi kimi məsələlərdə ciddiyyət göstərməlidirlər”.
 
Ali Baş Komandandan əvvəl çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri silahlı Qüvvələr və ali hərbi məktəblərin keçən ildəki nailiyyətləri və fəaliyyətləri haqqında məlumat verdi: “ABŞ-ın son uğursuzluqları düşmənin məğlubiyyətlərinin bir hissəsi hesab edilir. Böyük şeytanın qəzəbi, düşmənlərin, əslində, içi boş olan təmtəraqlı hərbi fəaliyyətləri və addımları bəzi ərəb ölkələrinin sionist rejimlə xəyanətkar əlaqələrinin adiləsşdirilməsi haqq cəbhəsinin üstünlüyü ilə bağlı tərəddüd yaratmayacaq”.
 
Silahlı Qüvvələrin bütün hərbi ali məktəblərində videogörüntü formatında izlənən bu mrəasimdə çıxış edən İmam Əli (ə) Hərbi Akademiyasının komandanı ikinci dərəcəli briqada generalı Ocaqi, İmam Hüseyn (ə) Hərbi Akademiyasının komandanı briqada generalı Qulami, Əmin Hərbi elmlər Universitetinin komandanı ikinci dərəcəli briqada generalı Bəxtiyari bu universitetlərin fəaliyyətləri, tədbirləri və təhsil proqramları haqqında məlumat verdilər.
 
Andiçmə mərasimi, köhnə tələbələrin yeni tələbələrə bayraq təqdim etməsi, meydanda olan kursantlar tərəfindən xor şəklində marşlar oxunması Silahlı Qüvvələrin ortaq məzun mərasiminin proqramlarından oldu.
 
Silahlı Qüvvələrin baş qərargah rəisi Ali Baş Komandandan icazə alıb ali hərbi məktəblərin seçilən kursantlarından bir neçəsini mükafat, dərəcə və epoletlə təltif etdi.
 
*****
 
İmam Əli (ə) adına Zabitlik Universitetində and içmə və rütbə ilə təltif olunma mərasimi keçirilib. 
 
Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, Ali Rəbər və Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Seyid Əli Xamenei İmam Əli (ə) adına Hərbi Akademiyada keçirilən buraxılış mərasimini videokonfrans vasitəsilə izləyib və daha sonra çıxış edib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru