Azərbaycan Qamma Şüalanma Kompleksi oktyabrda istifadəyə veriləcək

Azərbaycanda “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin fəaliyyətinin təşkili ilə əlaqədar hazırda Qamma Şüalanma Kompleksində təmir-tikinti sahəsində son tamamlanma işləri gedir. Bunu “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov bildirib.
A.Qəribov deyib ki, bu ilin oktyabr ayının ortalarında Mərkəzin tam istifadəyə verilməsi planlaşdırılır.
"Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun daimi istifadəsində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 15 ha torpaq sahəsi, bu sahədə yerləşən Qamma Şüalanma Kompleksinin yarımçıq tikililəri avadanlıqlarla birlikdə Nüvə Mərkəzinin balansına verilib. Hazırda təmir-tikinti sahəsində son tamamlanma aparılır", - deyə A.Qəribov qeyd edib.  

Google+ WhatsApp ok.ru