Azərbaycanda İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv olunub 10 Mart 2016 02:00 Elm, Təhsil Dəyişiklik ADA Universitetinin təklifi nəzərə alınaraq edilib Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib. Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Dəyişiklik "ADA" Universitetinin təklifi nəzərə alınaraq edilib. Dəyişikliyə əsasən, təsnifatın "Texniki və Texnoloji İxtisaslar Qrup"unda yer alan İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv edilib. Əvəzində isə İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisasları yaradılıb. Teqlər : #Azərbaycanda İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müəllimlərin iştirak etdiyi cinayətlərin sayı niyə artıb? Bu universitetin tələbələrinə əlavə təqaüd veriləcək