Azərbaycanlı tələbə NASA-da təcrübə keçmək şansı qazanıb

Azərbaycanlı tələbə NASA-da təcrübə keçmək şansı qazanıb

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Kənan Əhmədli ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçmək şansı qazanıb.
 
Xəbər verilir ki, hazırda robotlaşdırma dərsləri verən 20 yaşlı tələbəmiz “Mələk beyni” konsepsiyası üzərində təqribən 2 il işləyib və bu sahəyə uyğun araşdırmalar aparıb.
 
Müəllifi olduğu “Mələk beyni” konsepsiyası NASA tərəfindən maraqla qarşılanan Kənan Əhmədli NASA-nın təcrübə proqramına qəbul olunub. O, növbəti ayın əvvəlində maketləşdirmə və robotlaşdırma sahəsində biliyini təkmilləşdirmək məqsədi ilə ABŞ-a yola düşəcək. Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.
 
Qeyd edək ki, həm meta-proqramlaşdırma, həm də adi proqramlaşdırma ilə məşğul olan Kənan Əhmədlinin nəzərdə tutduğu robotlar süni intellekt (insan məntiqini maşın və robotlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm) əsasında yaradılacaq. (Modern.az) /

Google+ WhatsApp ok.ru