Bakı məktəblərinin saytları istifadəyə verilir 06 Aprel 2015 01:00 Elm, Təhsil Bakı Şəhəri üzrə Təhsil İdarəsi ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir. Maide.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür Maraqlanan şəxslər www.bakimektebleri.edu.az portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış ola bilərlər. Teqlər : #Bakı məktəblərinin saytları istifadəyə verilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mikayıl Cabbarov kadr tapa bilmir AMEA-nın institutlarında ciddi nöqsanlar aşkarlanıb