Bu il Azərbaycanda 718 şagird buraxılış imtahanına buraxılmayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili buraxılış imtahanlarına buraxılmayan və səhhəti ilə əlaqədar imtahandan azad edilən şagirdlərin siyahısını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Maide.az-a verilən xəbərə görə, 2014/2015-ci tədris ili buraxılış imtahanlarına buraxılmayan və səhhəti ilə əlaqədar imtahandan azad edilən ümumtəhsil məktəbləri buraxılış sinif şagirdlərinin siyahısı ilə komissiyanın saytından tanış olmaq mümkündür.
 
Bu il 2014/2015-ci tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilən, lakin buraxılış imtahanlarına buraxılmayan IX sinif şagirdlərinin sayı 94, XI sinif şagirdlərinin sayı isə 624 nəfərdir. Onlar təhsil müəssisəsindən xaric edilməsi,  təhsildən yayındığı üçün biliyi qiymətləndirilməməsi, hərbi xidmətə çağırılması, xarici ölkəyə köçməsi və qeyri-kafi alması səbəbindən imtahana buraxılmır.
 
2014/2015-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında 1258 şagird buraxılış imtahanlarından azad edilib.

Google+ WhatsApp ok.ru