Ceyms Folinin edamından sonra Qərb oyanıb

Bəşər Əsədə qarşı döyüşənlərin “müsbət hekayələr"ini yazmaq üçün Suriyaya getmiş Ceyms Folinin edamından sonra Qərb ölkələri deyəsən ayılmağa başlayıblar. 
 
Amerikalı siyasətçilər isə ABŞ və dünya üçün yeni qlobal təhlükədən danışmağa başladılar. Onlar müxtəlif variantlara toxunaraq bu haqda çox maraqlı sözlər deyir.
 
“Suriya cihadı” İordaniya, Yəmən, Tunis, Əlcəzair və Misirdən olan ekstremistləri maqnit kimi özünə cəlb edir. Suriyada hərbi təcrübə keçmiş bu “qaynar kütlə” əvvəl-axır haradan gəlibsə ora qayıdacaq və bu müharibəni öz ölkəsinə aparacaq.
 
Yaxşı ki, Qərbdə də bu cür düşünən “ayıq başalara” bəzən rast gəlmək olur. Terrorla mübarizə ekspertlərinin Jamestown Foundation konfransının keçən ilki iclasında  2009-cu ildə MKİ-nin sədri olmuş general Maykl Heydenin çıxışı sensasiyaya səbəb olub: ”Mən dəhşətli səslənsə də deməliyəm ki, münaqişənin sonu məhz Bəşər Əsədin qələbəsidir. Bu ən pis vəziyyətdən ən yaxşı çıxış yoludur.”
 
Xatırladaq ki, London Kral Kolleci nəzdindəki radikalizmi araşdırma mərkəzinin məruzəsində, iki il ərzində 11 min sünninin Bəşər Əsədə qarşı vuruşmaq üçün Suriyaya yollandığı bildirilib. Onların 70% Yaxın Şərq ölkələrinin, 18% isə Avropanın, o cümlədən Fransa və Böyük Britaniyanın vətəndaşlarıdır.
 
İŞİD tərəfindən yaradılmış “İslam dövləti” təbii ki, Qərb siyasətçilərinin göstərməyə çalışdıqları qədər də dəhşətli deyil. Lakin region üçün də az təhlükə deyil. Çünki İŞİD-in bütün liderləri onların əsas strateji məqsədinin Suriyanın Hələb şəhərindən İraqın Diyalə vilayətinə qədər Xilafət yaratmaq olduğunu açıq söyləyirlər. Lakin bu 1-ci mərhələdir. Daha sonra bura Livan, İordaniya, Fələstin və hətta Misirin bir hissəsi daxildir.
 
1.Səudiyyə Ərəbistanı və Qətərdən silah və maliyyə, ABŞ, Britaniya, Fransa və Türkiyə kəşfiyyat orqanlarının dəstəyi;
2.Əvvəl Suriyada, sonra isə İraqda qazanılmış ciddi hərbi- inzibati təcrübə;
 
3) Suriya və İraq neft yataqlarından milyard dollarla ölçülən qaçaq neft satışından əldə olunan vəsait.
 
Lakin İŞİD-in əsas təhlükəsi onun surətli mutasiyasından- sırf terrordan inzibati quruluşlu elementlərlə siyasi transformasiyaya keçiddən ibarətdir. İŞİD liderləri əfqan taliblərindən HƏMAS-a qədər bütün təşkilat və hərəkatların təcrübəsindən öz istəklərini həyata keçirmək üçün “peşəkarcasına” istifadə edir.
 
 “İslam dövləti” qurucularının Suriya təcrübəsi hərbi sahədə məhdudlaşmır. Hökumət qoşunları və dəstələri ilə döyüşdə İŞİD-çilərin “kübar müxalifəti” sünni icmaları ilə ittifaq yaratmağa nail olub. Maliyyə stimullarından istifadə etməklə loyallıq müqabilində yerli əhalinin sosial yardım sisteminin yaradımasını öyrənib. İŞİD əfqan taliblərindən “kölgə hökuməti” taktikasını mənimsəyib ki, bu da hökumət qoşunlarının iştirakı ilə ərazilərə nəzarət deməkdir. Hələlik silahlıların əsas məşğuliyyəti döyüş və terror fəaliyyətindən ibatərdir. Bu ərazilər üzərində real nəzarəti “islamçı”ların gizli özəyi həyata keçirir. Müharibədən əziyyət çəkən yerli əhaliyə maliyyə yardımını təmin etmək, inzibati funksiyaları yerinə yetirmək və yeni əsgər qüvvələrinin cəlb edilməsi üçün onun sərəncamında zəruri vasitələr mövcüddur.
 
Silahlıların orta əsr vəhşiliyi, onların “İslam” hesab etdikləri əqidəyə fanatik sədaqət və öz əqidələrində olmayanlara qarşı mütləq dözümsüzlük informasiya silahının bir hissəsidir ki, İŞİD təbliğatçıları düşmənə psixoloji təzyiq üçün bundan məharətlə istifadə edir. Lazım olan vaxt, məsələn, neft quyularının işlədilməsinə dəstək verdikdə, silahlılar fanatizm və dözümsüzlüyü unudur. Onlar mühəndislərə və texniki heyətə maddi mükafat, ailələrinə təhlükəsizlik vəd edir, dini və əqidə fərqliliklərinə fikir vermirlər.  

Google+ WhatsApp ok.ru