İŞİD ABŞ üçün Suriya prezidentindən daha böyük təhlükəyə çevrilib (ANALİZ)

Görünür, İŞİD-in  üç amerikalı jurnalisti edam etməsi nəhayət ki, Ağ Evi ayıltdı. Bundan öncə ABŞ İŞİD-in cinayətlərinə göz yumaraq, onun Suriya və İraqda “böyük islam dövləti”ni qurmaq arzusunun gerçəkləşdirməsinə heç cür mane olmurdu.
 
Hazırda Amerika düşünür ki, öz əlləri ilə yaratdığı terror təşkilatı ilə nə formada  mübarizə aparsın. Bu yaxınlarda Barak Obama açıq şəkildə bildirmişdi ki, ABŞ hələ də İŞİD-lə mübarizə planı qurmayıb.
 
Ağ Ev yaxşı başa düşür ki, İŞİD-ə qarşı hərbi əməliyyatını təkcə İraqda yox, Suriyada da başlamaq lazımdır. Bu isə o deməkdir ki, Bəşşar Əsəd ilə dil tapmalıdır. Halbuki ABŞ həmişə onun getməsini istəyib.
 
Rəsmi Dəməşq də öz növbədə ABŞ ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Suriyanın xarici işlər naziri Valid Muallem bildirib ki, Dəməşq terror ilə mübarizədə hər növ əməkdaşlığa hazırdır. Lakin atılan hər addım razılaşdırılmalıdır.
 
Nəzəri cəhətdən ABŞ Dəməşqin icazəsi olmadan da Suriyada yerləşən İŞİD-in qərargahlarını bombalaya bilər. Lakin  belə olduğu  halda, ABŞ Suriya ordusunun  və kəşfiyyatçılarının köməyindən məhrum olacaq. Bundan əlavə, ABŞ-ın bu addımı Suriyaya qarşı müharibə kimi dəyərləndirilə bilər. Digər tərəfdən, İranla ABŞ arasındakı bütün istiqamətlərdə aparılan danışıqlar da pozula bilər.
 
Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatın beynəlxalq xarakteri daşıya biləcəyi də istisna olunmur.  
 
İŞİD təkcə Suriya və İraq üçün deyil, həmçinin İordaniya, Fars körfəzi ölkələri və Türkiyə üçün də böyük  təhlükədir.  İŞİD-in işğal etdiyi ərazidə hər cümə günü edamlar baş verir. Cəsədlər  əhalini qorxutmaq üçün bir necə gün çöldə qalır. Bu haqda BMT-nin hesabatında deyilir.
 
Lakin ABŞ üçün bu əməliyyatı həyata keçirməkdə ciddi maneələr var. Birincisi, Səudiyyə Ərəbistanına inamsızlıq. Düzdür, Səudiyyə kralı İŞİD-dən saçan təhlükəni anlasa da, hakim sülaləsində çoxları bu terror təşkilatını maliyyələşdirir. İkincisi, məntəqə liderlərinin (Türkiyə, İran, İordaniya və sair) bir-birinə qarşı olan etimadsızlığı. Rəsmi Tehran ABŞ-nin Suriyada İŞİD-ə qarşı aktiv hərbi əməliyyatını, orada İranın müttəfiqləri olan Bəşşar Əsəsdi və Hizbullahı aradan götürmək üçün üstüörtülü cəhd kimi dəyərləndirə bilər. Öz növbəsində, Türkiyə və İordaniya bir-birindən şübhələnəcəklər ki, bu əməliyyatdan sui-istifadə edərək Suriyada öz nüfuzunu artırmaq istəyirlər.
 
Bəzi analitiklər indidən ABŞ-Suriya münasibətlərinin bərpasını Bəşşar Əsədin Moskvaya xəyanəti kimi qiymətləndirir. Guya amerikalılar rusların bütün dividentlərini əlindən alacaq.  Lakin bu heç də həqiqətə uyğun deyil. Çünki dividentlərin bir çox hissəsini ruslar artıq alıb. Ərəb ölkələri, hətta B.Əsədin müxalifləri belə, gördü ki, Rusiya öz müttəfiqlərini atmır. Suriya məsələsində Moskvanın qazandığı reputasiyası İranla Rusiya arasında silah və neft müqaviləsinin bağlanmasına gətirib çıxardı.  Bunu da qeyd edək ki, Moskvanın lap əvvəldən Suriyanın əsas müttəfiqi olmaq fikri yox idi. Suriyanın əsas müttəfiqi rolu İrana məxsusdur. Moskvanın məqsədi Suriyanın iqtisadiyyatının bərpası və Tartus əyalətində yerləşən öz bazasını gücləndirməsidir. Bu işdə ABŞ Rusiyaya heç cur mane ola bilməz. 

Google+ WhatsApp ok.ru