Gündəlik hökmlər: Tərəxxüs həddi ilə şəri məsafənin fərqi 14 Sentyabr 2020 16:18 Əhkam Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Tərəxxüs həddi ilə şəri məsafənin fərqi haqqında sualına cavabını təqdim edir: Sual: 1. Tərəxxüs həddi ilə şəri məsafənin fərqi nədir? 2. Əgər gəzintiyə çıxsaq və şəri məsafəni qət etmək niyyətimiz də olmasa, amma şəhərdən şəri məsafə qədər uzaqlaşsaq, namazımız qəsr olacaqmı? Cavab: 1. Şəri məsafə səkkiz fərsəxdir (təxminən. 41 kilometr). Bu məsafə gediş-qayıdış birlikdə də hesablana bilər, amma bu halda gediş istiqamətində ən azı 20.5 kilometr məsafə qət edilməlidir. Amma tərəxxüs həddi o yerə deyilir ki, şəhərdən uzaqlaşdıqda, daha həmin yerdə şəhərin azan səsi eşidilmir. 2. Əgər müsafir səfərə çıxarkən şəri məsafəni (istər təkcə gediş istiqamətində, istərsə də gediş-qayıdış birlikdə) qət etmək niyyətində olmayıbsa, yaxud şəri məsafəni qət edib-etməyəcəyi barədə tərəddüddə olubsa, onun namazı tamdır, baxmayaraq ki, təsadüfən şəri məsafəni qət etmişdir. Amma əgər qayıdarkən qət edəcəyi məsafə səkkiz fərsəx olacaqsa, qayıdarkən onun namazı qəsrdir. Qeyd: Aparılan araşdırmalara görə, tərəxxüs həddi şəhərin sonundan, təxminən, 1350 metrlikdədir. Teqlər : #Gündəlik hökmlər,#Tərəxxüs həddi,#şəri məsafə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gündəlik hökmlər: Namazın tamam qılınması üçün iş səfərinin müddəti Gündəlik hökmlər: Namazda Allahdan qeyrisinə müraciət etməyin hökmü
Gündəlik hökmlər: Dini elmlər hövzəsində təhsil alan tələbələrin və universitet tələbələrinin təhsil ilə bağlı səfəri
Gündəlik hökmlər: Orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək iqtidarında olmayanı şəxsin hökmü