KXCP funksionerindən Milli Şuradan istefası ilə bağlı açıqlama

“Milli Şura seçkilərə görə yaranmış qurum idi. Sonradan bu qurum geniş xalq kütlələrini əhatə elədi. Mənim istefam şəxsi qərarımdır, bunun partiyaya aidiyyatı yoxdur”. Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirib. 
 
KXCP sədrinin müavini Milli Şuradan istefasının səbəbini belə izah edib: “Bu qərarım da partiyadakı işlərimin çoxluğu ilə bağlıdır. Dünən partiyanın ali məclisində bu məsələ ilə bağlı konkret mövqeyimi bildirdim”. 
 
 Partiyanın Milli Şuradakı fəaliyyətinə gəlincə isə X.Teyyublu bildirib ki, KCXP Milli Şuraya kollektiv qaydada daxil olmadığından üzvlər fərdi şəkildə qərar qəbul edir: “KXCP üzvlərindən Milli Şurada fəaliyyətini davam etdirənlər var”.

Google+ WhatsApp ok.ru