Müsavat başqanlığına namizəd partiyadan gedəcəyinin anonsunu verdi

“Udan populistlər və şüarçılar, uduzan islahat tərəfdarları oldu”. Maide.az-ın məlumatına görə, bu sözləri Müsavat başqanlığına namizəd olmuş Səxavət Əlisoy özünün facebook səhifəsində yazıb: “Bir çıxışında az qala 50 dəfə "mən" deyən, bir 50 dəfə də İsa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı çetesinin hər türlü oyunbazlıqları sayəsində sədr seçildi. 
 
Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. 
 
Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər hayküyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam”.  

Google+ WhatsApp ok.ru