Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) Maide.az-a verilən məlumata görə, nəticələr fevralın 24-də saat 12:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib.
 
Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.
 
Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər.
 
İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 2669 nəfər imtahana gəlməmiş, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.
 
İmtahanda ən yüksək nəticə isə 96 bal olmuşdur.

Google+ WhatsApp ok.ru