Müsavat Partiyası növbədənkanar qurultay keçirəcək 29 Sentyabr 2014 01:00 Siyasət Müsavat Partiyasının sentyabrın 27-də keçirilmiş qurultayında nizamnamə və proqrama təklif olunan dəyişiklikləri müzakirəyə çıxarmağa vaxt çatmayıb. Başqan müavini Gülağa Aslanlı sentyabrın 29-da “Media forum” saytına açıqlamasında deyib ki, bu səbəbdən növbədənkənar qurultayın çağırılması nəzərdə tutulur: “Partiyanın nizamnamə və proqramına dəyişikliklər həmin qurultayda müzakirəyə çıxarılacaq”. Gülağa Aslanlı əlavə edib ki, 27 sentyabr qurultayında Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin hamısını seçmək mümkün olmayıb: “Namizədliyini vermiş şəxsləri seçmək səlahiyyəti Məclisə verilib. Yəqin ki, Məclisin növbəti sessiyasında bu məsələyə baxılacaq”. Teqlər : #Müsavat Partiyası növbədənkanar qurultay keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsavat başqanlığına namizəd partiyadan gedəcəyinin anonsunu verdi Ermənistan Avropa Şurasında işğalçı kimi tanındı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video