İnsan resursları düşmənin tamah saldığı və talan etmək istədiyi sahədir - Ayətullah Xamenei - FOTO 17 Oktyabr 2018 17:00 İslam lideri Qərb dünyası elm sahəsində məhdudiyyətlər tətbiq etmək istəyir. Ona görə də, digər ölkələrin alimlərini terrora məruz qoyur “Gənc alimlərimiz bizim üçün bir dəyərdir. Düşmənin aşkar planlarından biri də bu dəyərin aradan qaldırılmasıdır. Odur ki, hər birimiz diqqətli olmalıyıq.” Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün elm sahəsində uğur qazanmış 2 mindən çox yüksək elmi qabiliyyətlərə malik gənc və alimlərlə görüşü zamanı deyib. Onminlərlə yüksək intelektual düşüncəyə malik gəncin fəaliyyət göstərməsini ölkənin gələcəyinin ümidverici və həqiqi simasının göstəricisi adlandıran Ayətullah Xamenei qeyd edib ki, bu gün düşmənin ən önəmli planlarından biri İran haqqında dünyada yalnış, ümidsiz və mənfi imic formalaşdırmaqdır. “Lakin Allahın lütfü ilə ümumilikdə ölkənin həqiqi imici hegemonların təqdim etdiyinin qarşısında üstünlük təşkil edir. Ölkənin doğru və həqiqi imicinin göstəricisi elit gənclərdir. Bu isə sevindirici və ümidvericidir.” Ayətullah Xamenei bildirib ki,ölkə problemlərinin həllində elitanın potensialından nizamlı şəkildə istifadə edilməli və onların baxış bucaqlarından bəhrələnilməlidir. “Fəal və canyandıran gənclərin fikirlərindən müxtəlif sahələrdə, o cümlədən neftdən asılı iqtisadiyyatın qeyri-neft sektoruna çevirilməsində istifadə olunmalıdır.” Ayətullah Xamenei qeyd edib ki, əgər elmi baxımdan inkişaf etsək, düşmənlərimizin iqtisadi, siyasi və sivilzasiyalar sahəsindəki hədələri davamlı olmayacaq və azalacaq. “Dünyada elm istehsalında İranın payı 2 faiz təşkil edir ki, bu da çox azdır və inkişaf etdirmək lazımdır. Hökumət elitanın cəmiyyətdə fəal rolunu tənzimləməsə, ölkə effektiv inkişaf etməyəcək.” Ali Rəhbər bildirib ki, yaxşı və inkişaf etməkdə olan insan resursları bir sərvət və xəzinədir. “Bu sərvət digər xəzinələr kimi totalitar sistemlərin tamah saldığı və talan etmək istədiyi sahədir. Onlar insan qaynaqları kimi sərvətdən özləri üçün istifadə etməklə yanaşı, elm və texnologiyanı öz inhisarlarında saxlağa çalışırlar." Ayətullah Xamenei bildirib ki, Qərb dünyası elm sahəsində məhdudiyyətlər tətbiq etmək istəyir. "Ona görə də, digər ölkələrin alimlərini terrora məruz qoyur. Məsələn, İraq işğal olunan zaman bu ölkənin bir sıra alimləri terrora məruz qaldı. Çünki Səddamın rəhbərlik etmədiyi dövlətdə elmin inkişaf etməsini istəmirdilər.” Milli elitanın iqtisadiyyat, siyasət, təhlükəsizlik sahəsində İrana tətbiq olunan sanksiyalar qarşısında biganə qalmayacağını diqqətə çatdıran Ayətullah Xamenei bildirib ki, “Müqəddəs Müdafiə dövrü”ndə olduğu kimi təbliğat imkanları məhdud olsa da Allahın köməkliyi ilə həmin müharibədə qələbə qazandığımız kimi, bu mübarizədə də qalib gələcəyik. Elm sahəsindəki ikitərəfli əlaqələrə toxunan Ali Rəhbər bildirib ki, daha çox inkişaf etməkdə olan Asiya ölkələrinə yönəltməliyik. “Qərbə deyil, Şərqə nəzər yetirməliyik. Çünki Qərb və Avropaya yönəlsək bu bizim üçün minnət, alçaqlıq və yerində saymaqla nəticələnəcək.” Teqlər : #İnsan,#resursları,#düşmənin,#tamah,#saldığı,#və,#talan,#etmək,#istədiyi,#sahədir,#Ayətullah,#Xamenei,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei - Xeyir işdə vasitəçilik - VİDEO Böyük and yeri - Ərbəin - Ayətullah Xamenei - VİDEO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB