Çoxlarının Whatsapp haqqında bilmədiyi 10 özəllik 09 İyun 2015 01:00 Elm, Təhsil 800 milyon istifadəçisi olan mesajlaşma proqramı olan Whatsapp son zamanların ən məşhur tətbiqidir. Çoxlarının Whatsapp haqqında bilmədiyi 10 özəlliyi sizə təqdim edir: İki Whatsapp istifadə edin Əgər iki sim karta sahib telefon istifadə edirsinizsə, o zaman hər iki sim kartınıza Whatsapp Messenger-i yükləyə bilərsiniz. Bunun üçün Google Play-dən SwicthMe tətbiqini yükləməyiniz kifayətdir. Whatsapp-ı pulsuz olaraq istifadə edin Əgər Whatsapp-ı həmişə pulsuz istifadə etmək istəsəniz, o zaman telefon hesabınızı silib, yeni istifadəçi kimi Whatsapp-dan qeydiyyatdan keçirsiniz. Silinən mesajları geri gətirin Whatsapp-ı silib yenidən yüklədiyinizdə, proqram mesajları geri qaytarmaq istəyib istəmədiyinizi soruşur. Səhvən silinən Whatsapp mesajlarını geri qaytarmaq üçün bu yoldan istifadə edə bilərsiniz. Whatsapp-ı kompüterdə istifadə edin Whatsapp-ı kompüterinizə yükləmək üçün Whatsapp-ın rəsmi saytındakı QR kodunu ağıllı telefonunuza göstərməyiniz kifayətdir. Avtomatik video və şəkil yükləməyi dayandırın Video və şəkilləri avtomatik yükləmək istəmirsinizsə, tənzimləmələr bölməsində Söhbət tənzimləmələri menyusuna girib “Medianı avtomatik yüklə” bölməsində hamısını yox olaraq işərələyin. “Son görülmə vaxtı”nı gizlətmək “Son görünmə vaxtı”nı gizlətmək üçün Tənzimləmələr/Hesab/Gizlilik bu bölmələrə daxil olub son görülmə vaxtını bağlayın. Nömrə dəyişmə Tənzimləmələr/Hesab/Nömrəni dəyişdir bölmələrinə daxil olaraq Whatsapp nömrənizi dəyişə bilərsiniz. Qrup mesajlarının səsini almaq Qrup mesajlarının səsini almaq istəsəniz mesaj qutusunda olan qrup məlumatları bölməsində mesajları səssizə ala bilərsiniz. Whatsapp qısa yolunu yaratmaq Bir nəfəri daha çox istifadə olunanlara əlavə etmək üçün mesajın üstünə klikləyərək “söhbət qısa yolunu əlavə et” variantını seçirsiniz. Saxta Whatsapp söhbətləri Hələki Android əməliyyat sistemində olan telefonlarda istifadə olunan Whatsaid tətbiqindən istifadə edərək saxta söhbətlər yarada bilərsiniz./ Teqlər : #Çoxlarının Whatsapp haqqında bilmədiyi 10 özəllik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xocasəndə Pedaqoji Universitet üçün kampus tikiləcək Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənəd qəbulu dayandırılıb