Sınaq imtahanının nəticələri açıqlandı 09 Aprel 2015 01:00 Elm, Təhsil Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 5-də keçirdiyi sınaq imtahanının nəticələrini açıqlayıb. Maide.az TQDK-ya istinadən xəbər verir ki, artıq nəticələr komissiyanın saytındadır. Qeyd edək ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub. İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. Teqlər : #Sınaq imtahanının nəticələri açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AMEA-nın institutlarında ciddi nöqsanlar aşkarlanıb Azərbaycanın 22 şəhər və rayonunda növbəti monitorinq imtahanları keçiriləcək