TQDK: Bu il 112 nəfər nəzarətçi müəllim bazadan uzaqlaşdırıb

"112 nəfər nəzarətçi müəllim bu il TQDK-nın bazasından uzaqlaşdırıb". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sektor müdiri Adıgözəl Həbibov deyib.
Onun sözünə görə, hazırda 15 minə yaxın nəzarətçi müəllim var və bu rəqəm bütün şəhər və rayonları əhatə edir: "Nəzarətçi müəllimlərin 1330 nəfəri seminar məşğələlərdə iştirak edib. Hazırda 1000-ə yaxın imtahan rəhbəri var, onlar müəllimlərə nəzarət edir, qiymətləndirir".
Sektor müdiri bildirib ki, nəzarətçi müəllimlər üçün praktiki mərhələlə sınaq imtahanıdır: "Bu ilin nəticələrinə görə 776 nəzarətçi müəllim yaxşı nəticə göstərib, onlardan 25-nin təltif edilməsi nəzərdə tutulub".

Google+ WhatsApp ok.ru