TQDK-da kimya fənni üzrə test tapşırıqları təhlil edilib

Kimya fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş müvafiq test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Maide.az-a verilən məlumata görə, seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında TQDK-nın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak ediblər.
 
Test tapşırıqları imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil olunub.
 
Bildirək ki, noyabrın 3-də test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.

Google+ WhatsApp ok.ru