TQDK abituriyentlərin sual kitabçaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ

2015-2016-cı tədris ili üçün ali məktəblərə keçiriləcək qəbul imtahanlarının vaxtına sayılı günlər qalıb.
 
Lakin hazırda abituriyentləri qəbul imtahanından daha çox başqa məsələ narahat edir. Belə ki, abituriyentlər arasında belə məlumat yayılıb ki, bu il keçiriləcək qəbul imtahanında sual kitabçası abituriyentlərdə deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) qalacaq. Məsələylə bağlı TQDK-nın mətbuat xidmətindən aldığımız məlumatı təqdim edirik: TQDK-dan məsələ ilə bağlı Modern.az saytının sorğusuna cavab olaraq bildirilib:
 
"Sual kitabçaları abituriyentlərdə qalacaq. Gələcək ola bilər ki, cavab kartları ilə bərabər sual kitabçaları da, abituriyentlərdən alınar. Lakin bu il keçiriləcək qəbul imtahında sual kitabçalarını abituriyentlər özləri ilə götürə biləcəklər.
 
İmtahan 3 saat ərzində aparılır. Əgər abituriyent 2 saata imtahandan çıxarsa, o zaman həm sual kitabçasını, həm də cavab kartını nəzarətçiyə təhvil verməlidir.
 
Abituriyentlər imtahanın sonuna qədər qalacaqsa, bu zaman özüylə sual kitabçasını da götürə bilərlər".
 

Google+ WhatsApp ok.ru