TQDK abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası yaradıb 27 İyul 2015 01:00 Elm, Təhsil Bu ilin məzunları üçün keçirilən 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bu barədə Maide.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apellyasiya Komissiyasına iyulun 27-də saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Teqlər : #TQDK abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası yaradıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Akademik Tofiq Hacıyev direktor vəzifəsindən istefasına aydınlıq gətirib Müəllimlər İnstitutunun fəaliyyəti dayandırılmış Sumqayıt filialının aqibətinə aydınlıq gətirilib