TQDK Qabiliyyət İmtahanı komissiyalarından birini ləğv edib

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) müvafiq əmrinə əsasən xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətləri üzrə Qabiliyyət İmtahanı komissiyaları (QİK) yaradılıb.
 
Bu barədə Maide.az-a TQDK-dan məlumat verilib.
 
QİK-lər iki ünvanda, o cümlədən Bədən tərbiyəsi və idman üzrə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində (“Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” – komissiya 66) və Musiqi sənəti üzrə Lənkəran şəhərində TQDK-nın Lənkəran Regional bölməsində (“Musiqi sənəti” – komissiya 34 (orta ixtisas təhsili müəssisələri)).
 
Həmçinin həmin əmrə əsasən Bakı şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (“Səda” Tədris Teatrı) orta ixtisas təhsili müəssisələri üçün yaradılmış “Bədii yaradıcılıq” – komissiyası (54 orta ixtisas təhsili müəssisələri) ləğv edilib.

Google+ WhatsApp ok.ru