Türkiyə, Malayziya, İspaniya və Fələstinin xarici işlər nazirləri Bakıya gəlir

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 25-27 aprel tarixlərində Bakıda keçiriləcək 7-ci Qlobal Forumunda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, forumda yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.
 

Google+ WhatsApp ok.ru