10 milyon yəmənli uşağın  humanitar yardımlara ehtiyacı var

10 milyon yəmənli uşağın humanitar yardımlara ehtiyacı var

BMT-nin Uşaq Fondu (YUNİSEF) hesabat yayaraq Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində yəmənli uşaqların qarşılaşdığı müsibətlərə diqqəti çəkib. 
 
Maide.İnfo xəbər verir ki, Səudiyyə Ərəbistanı rejiminin Yəmənə təcavüzünün ikinci ildönümü münasibətilə yayımlanan hesabatda bildirilir ki,Yəməndəki müharibədən uşaqlar ən çox ziyanı görür.
 
“Hazırda 10 milyon yəmənli uşağın humanitar yardımlara ehtiyacı var. Onlardan 2.2 milyon nəfəri kəskin aclıq təhlükəsi ilə üz-üzədir. 2014-cü ildən indiyədək uşaqlar arasında pis qidalanma şəraiti 200 faiz  artıb. Yəmən qəbristanlıqları adsız uşaq qəbirləri ilə doludur. Hesabatlarda uşaqların ölüm halları Yəmən rəsmilərinə çatdırılmır. Dünya onların ağrı və acılarını görmür”. 
 
YUNİSEF-in hesabatında həmçinin bildirilir ki, 17 milyon nəfərdən çox yəmənli, yəni ailələrin 65 faizi qida çatışmazlığı ilə üz-üzədir. Onlar özlərinin və uşaqlarının ərzağa olan ehtiyacını təmin edə bilmir.
 
Hesabata əsasən, yəmənli ailələrin 80 faizi uşaqlarını ərzaqla təmin etmək üçün borca girib. “Ən az 7.3 milyon yəmənliyə yaşamaları üçün təcili ərzaq yardımları olunmalıdır. Yəməndə zorakılıq həddən artıq baş alıb gedir. Minlərlə məktəb Səudiyyə Ərəbistanın hava hücumları nəticəsində dağıdılıb. 2 milyondan çox uşaq təhsildən məhrum edilib”. 
 
Yeni hesablamalara görə, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində indiyədək 12 min nəfərdən çox insan həyatını itirib. /

Google+ WhatsApp ok.ru