2016-cı ildə xarici borclar üzrə ödənişlər 61% artacaq

2015-ci il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici borcu $6,6 mlrd. təşkil edir. Bu, ilin əvvəlində olduğundan 1,8% və ya təxminən $120 mln. çoxdur.
 
Əgər ilin əvvəlində xarici borcun ÜDM-ə nisbəti 8,6% olmuşdusa, birinci yarımilin sonunda bu göstərici 12,2%-dək artıb. Bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinə dair proqnoz və 2016-cı ildə və qarşıdakı 3 ayda sosial-iqtisadi inkişaf haqqında sənədində deyilir.
 
Ölkənin hər sakininə  $686,5 xarici borc düşür.
 
Gələn il xarici borcun ödənilməsinə dövlət büdcəsindən rekord həcmdə vəsait – 1 mlrd. 249,7 mln. manat yönəldiləcək. Bu 2015-ci ildə olduğundan  473,5 mln. manat və ya 61% çoxdur.
 
Dövlət kommersiya şirkətlərinin ( “Azərişıq” , “Azəralüminium” və “Azerbaijan Airlines”) kreditlər və onların faizləri üzrə öhdəlikləri də dövlət büdcəsinin hesabına yerinə yetirilir.

Google+ WhatsApp ok.ru