250 min yəmənli ailə didərgin vəziyyətinə düşüb

Yəmənin Səba xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənli didərginlərin nicatı bölməsi hesabat yayaraq bildirib ki, Ərəbistanın mart ayından başlanan hava hücumlarının davam etməsi nəticəsində indiyə kimi 253463 ailə öz yaşayış yerindən didərgin düşüb. 
 
Bu məlumata görə, 1 milyon 617 min nəfər ərzaq, dərman və sığınacaq çatışmazlığından əziyyət çəkir. 
 
Hhesabatda Yəmən xalqının acınacaqlı durumunun davam etdiyi bildirilir və deyilir: insanlar içməli su və səhiyyə problemləri ilə də üz-üzədirlər. 
 
Ərəbistanın Yəmənə qarşı təcavüzləri 26 mart 2015-ci il tarixindən başlanıb və indiyə kimi minlərlə nəfərin ölməsi və yaralanmasına səbəb olub.

Google+ WhatsApp ok.ru