8 rayonda qaz olmayacaq

Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 15:00-dək Nərimanov, saat 17:00-dək Abşeron və Binəqədi, saat 18:00-dək Siyəzən, Qazax, Sabunçu və Quba, işlər başa çatanadək isə Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Google+ WhatsApp ok.ru